"Mançester Yunayted" 40 milyon funt-sterlinq təklif edilərsə, vinger Markus Reşfordu yayda satmağa hazırdır.
Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Bildirilir ki, 27 yaşlı futbolçunun karyerasını "qırmızı şeytanlar"da davam etdirməsi ehtimalı azdır. Reşford 2026-cı il dünya çempionatında İngiltərə yığmasında oynamaq istəyir və bu səbələ də, Çempionlar Liqasında çıxış edəcək klubu axtarır. Eyni zamanda, hücumçu üçün daha bir icarə variantı da istisna edilmir.
Qeyd edək ki, Reşford ötən qış icarə əsasında "Aston Villa"ya keçib. Bu mövsüm cinah oyunçusu bütün turnirlərdə 41 matçda iştirak edib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avrodur.