"Qarabağ" heyətinə yeni hücumçu cəlb etmək istəyir.

Matc.az xəbər verir ki, Azərbaycan çempionu "Legiua"da çıxış edən Mark Qualın xidmətində maraqlıdır. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

"Qarabağ" ispan forvard üçün Varşava təmsilçisinə rəsmi təklif göndərməyə hazırlaşır. Klubu 29 yaşlı forvard üçün 500 min avro tələb edir.

Qeyd edək ki, Mark Qual 2023-cü ilin yayından "Legiya"da çıxpş edir. Təcrübəli futbolçu bu mövsüm komandanın heyətində keçirdyi 47 oyunda 19 qol vurub, 7 qol ötürməsi edib. O, daha əvvəl "Sevilya", "Saraqosa", "Jirona", "Alkorkon", "Dnepr" və "Yaqelloniya"nın formasını geyinib. Qual İspaniya U-21 millisinin heyətində 3 matçda meydana çııb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest