11 Mart 2026, 16:34
FUTBOL
"Borussiya" Feliks Nmeçanın müqaviləsinin müddətini uzatmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Artıq Almaniya millisinin üzvü ilə razılıq əldə olunub. Yaxın günlərdə 25 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanacaq.
Qeyd edək ki, Feliks Nmeça bu mövsüm Dortmund təmsilçisinin heyətində keçirdiyi 38 oyunda 5 qol vurub, 3 qol ötürməsi edib.












