11 Mart 2026, 15:42
FUTBOL
İcarə əsasında "Napoli"də çıxış edən Elif Elmas karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Mançester Yunayted" müqavilə ilə "Leypziq"ə məxsus olan şimali makedoniyalı yarımmüdafiəçini transfer etmək istəyir. "Qırmızı şeytanlar" Elması yayda heyətinə qatmağa çalışacaq.
İngiltərədən "Nottingem Forest" və "Nyukasl" da 26 yaşlı futbolçu ilə maraqlanır. "Napoli" də 16 milyon avro ödəməklə oyunçunun transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, Elif Elmas bu mövsüm Neapol təmsilçisinin heyətində keçirdiyi 36 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.












