11 Mart 2026, 03:07
FUTBOL
"Mançester Yunayted" yay "transfer pəncərəsi"ndə "Leypsiq"in 19 yaşlı oyunçusu Yann Diomandeni prioritet transfer kimi müəyyən edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, ingilis klubunun skautları "Leypsiq"in "Auqsburq"a qarşı son oyununda Diomandeni izləyiblər. Gənc yarımmüdafiəçi bu oyunda fərqlənə bilib.
"Mançester Yunayted" nümayəndələri transfer perspektivlərini araşdırmaq üçün artıq oyunçunun agentləri ilə əlaqə saxlayıblar. Diomandenin hazırkı dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, bu mövsüm gənc oyunçu "Leypsiq"də bütün yarışlarda 28 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.












