Hakan Çalhanoğlunun yay transfer pəncərəsində "İnter"dən ayrılmaq ehtimalı yüksəkdir.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrtisio Romano məlumat yayıb.

Milan təmsilçisinin türkiyəli yarımmüdafiəçi ilə yeni müqavilə barədə apardığı danışıqlarda irəliləyiş yoxdur. Klub yaya kimi gözləmə mövqeyində qalacaq. Müsbət nəticə əldə olunmasa, 2027-ci ilin yayına kimi sözləşməsi olan 32 yaşlı dayaq yarımmüdafiəçisi üçün gələn təkliflər dəyərləndiriləcək.

Təcrübəli oyunçu ilə ötən il "Qalatasaray" və "Fənərbaxça" yaxından maraqlanırdı.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. O, cari mövsümdə komandanın heyətində keçirdiyi 25 oyunda 9 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest