10 Mart 2026, 20:50
FUTBOL
"Atletiko"nun yarımmüdafiəçisi Pablo Barrios karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Mançester Siti" ispaniyalı ffutbolçunun xidmətində maraqlıdır. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola 22 yaşlı oyunçunu komandasında görmək istəyir. O, həmyerlisini mövsümün sonunda klubla müqaviləsi başa çatan Bernardu Silvanın davamçısı kimi düşünür.
Qeyd edək ki, İspaniya millisinin üzvü olan Pablo Barrios bu mövsüm "Atletiko"nun heyətində keçirdiyi 32 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.












