"Kayserispor" bu ayın sonu klubla müqaviləsi başa çatan Sergey Yakiroviçə əvəzləyici tapıb.

Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi baş məşqçi postu üçün Markus Gidsol ilə anlaşıb. Bu barədə klub prezidenti Nurettin Açıkalın yerli mətbuata açıqlamasında məlumat verib.

"Sarı-qırmızılar" alman mütəxəssislə 2 illik müqavilə barədə razılıq əldə edib.

Qeyd edək ki, Markus Gidsol daha əvvəl Türkiyədə "Samsunspor"un baş məşqçisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest