03 Mart 2026, 12:32
FUTBOL
"Brayton"la müqaviləsi mövsümün sonunda başa çatan Denni Uelbek gələcəyi ilə bağlı qərarını verib.
Matc.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü komandada qalacaq. Bu barədə BBC televiziyası məlumat yayıb.
35 yaşlı hücumçu Premyer Liqa təmsilçisi ilə 1 illik yeni sözləşmə imzalayacaq.
Qeyd edək ki, Denni Uelbek 2020-ci ilin oktyabrından "Brayton"da çıxış edir. Təcrübəli forvard bu mövsüm "qağayılar"ın heyətində keçirdiyi 30 oyunda 11 qol vurub, 1 qol ötürməsi edib.




_1772542655.jpg)






_1772534311.jpg)
