"Flamenqo" baş məşqçi Filipe Luislə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə "TNT Sports" məlumat yayıb.

Braziliyalı mütəxəssisin istefaya göndərilməsinin səbəbi açıqlanmayıb. Onun komandası ötən gün "Madureyra"nı 0:8 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Filipe Luis 2024-cü ilin sentyabrından "Flamenqo"nu çalışdırırdı. Komanda onun rəhbərliyi altında ötən mövsüm Braziliya çempionu olub, Libertadores Kubokunu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest