"Liverpul" ötən mövsümü "Qalatasaray"da icarə əsasında keçirən "Napoli"nin 26 yaşlı hücumçusu Viktor Osimheni heyətinə qatmağı düşünür.

Matc.az xəbər verir ki, bu barədə "Give me Sport" məlumat yayıb.

Bildirilir ki, nigeriyalı futbolçunun həftəlik təxminən 400 min funt-sterlinq (468 min avro) maaşı onun İngiltərə klubuna keçidinə maneə ola bilər. Osimhenin transfer yarışında hazırda "Qalatasaray" liderdir. Ancaq ola bilsin ki, futbolçu Avropanın elit klubuna transfer xatirinə maaşının azaldılmasına razılaşsın.

Qeyd edək ki, ötən mövsüm forvard bütün turnirlərdə 41 matçda iştirak edib, 37 qol vurub və 8 məhsuldar ötürmə edib. Osimhenin İtaliya klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir. "Transfermarkt" portalında futbolçunun dəyəri 70 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest