FİFA prezidenti Canni İnfantino klublararası dünya çempionatında yarışan komandaların sayını, eləcə də turnirin keçirilmə tezliyini artırmaq istəyir.

FİFA prezidenti Canni İnfantino klublararası dünya çempionatında yarışan komandaların sayını, eləcə də turnirin keçirilmə tezliyini artırmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Times" nəşri paylaşıb.

Bildirilir ki, UEFA İnfantinonun klublararası dünya çempionatını genişləndirmək cəhdlərinin – istər komandaların sayını artırmaqla, istərsə də iki ildən bir keçirmək istəyinin qarşısını alacaq. UEFA Avropa komandalarının sayının potensial artmasından narazılığını bildirib.

Qeyd edək ki, keçən il turnirdə 12 Avropa klubu iştirak edib. "Çelsi" finalda PSJ-ni 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest