"Liverpul" "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etmək üçün əhəmiyyətli bir üstünlük qazanıb. İngilis klubu bu yay fransız futbolçunu 50 milyon avroya transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə TEAMtalk məlumat yayıb.

Bildirilir ki, "qırmızılılar" həmçinin Madrid klubunun mərkəz müdafiəçisi Din Hoysenlə də maraqlanır. "Liverpul" ötən yay "Bornmut"dan "Real"a keçən oyunçu üçün 70 milyon avro ödəməyə hazırdır. Təklif əlverişli olarsa, klubun Hoyseni satmağa meyilli olduğu bildirilir.

Kamavinqa bu mövsüm bütün turnirlərdə 31 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest