14 Mart 2026, 13:22
FUTBOL
"Real"ın mətbuat xidməti fevral ayının ən yaxşı oyunçusu mükafatının qalibinin adını açıqlayıb.
Matc.az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, ötən ayın ən yaxşısı uruqvaylı yarımmüdafiəçi Federiko Valverde seçilib.
Azarkeşlərin və mütəxəssislərin səsləri uğrunda mübarizədə yarımmüdafiəçi qapıçı Tibo Kurtuanı, Aurelien Şuameni, Vinisius Junior və Eduardo Kamavinqanı geridə qoyub.
Qeyd edək ki, ötən ay uruqvaylı futbolçu üçün olduqca məhsuldar keçib. O, bütün turnirlərdə 6 oyunda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.












