Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Matc.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançımız mübarizəyə 1/16 finaldan başlayıb və çinli Tsyanqnan Vanı məğlub edib.

Zelim 1/8 finalda braziliyalı Luan Almeydaya, 1/4 finalda yaponiyalı Yoonvan Linə qalib gəlib. Tçkayev yarımfinalda gürcüstanlı Tato Qriqalaşviliyə uduzub.

O, 3-cü yer uğrunda görüşə çıxıb. Cüdoçumuz BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilidən üstün olaraq bürünc medalı qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest