20 İyun 2025, 20:39
FUTBOL
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən "D" kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
Matc.az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən kurs ümumilikdə 3 gün davam edib.
Kursun son günündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim edilib. Lisenziyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə təqdim ediblər.
Sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.