"Çelsi" PSJ-nin hücumçusu Randal Kolo Muani ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Get French Football News" məlumat yayıb.

Bildirilir ki, London klubu artıq mümkün transferlə bağlı danışıqlara başlayıb.

Muani cari mövsümün ikinci yarısını, o cümlədən klublararası dünya çempionatını icarə əsasında "Yuventus"da keçirir. 26 yaşlı fransalı hücumçu Parisə qayıtmaq istəmir.

Qeyd edək ki, Kolo Muani "Yuventus"un tərkibində bütün turnirlərdə 20 matçda iştirak edib, 10 qol vurub, 2 məhsuldar ötürmə edib.

26 yaşlı Fransa millisinin hücumçunun PSJ ilə müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir və transfer dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest