İyunun 3-dən 9-dək İspaniyanın Pontevedra şəhərində keçiriləcək gənclərin Avropa çempionatında çıxış edəcək millilərimizin heyəti açıqlanıb. Matc.az xəbər verir ki, iyunun 3-5-də yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Zaur Əliyev (55 kq), Əsgər Əlizadə (60 kq), Zaur Nuriyev (63 kq), Niyaz Ərzumanov (67 kq), ülvi Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq), Laçın Vəliyev (87 kq), Tarış Əbilov (97 kq) və Sərxan Məmmədov (130 kq) qüvvəsini sınayacaq.

Ayın 5-7-də xalça üzərinə qadın güləşçilər çıxacaq. Avropa çempionatında məşqçi İsaməddin Hüseynovun tapşırıqlarını Şəhanə Nəzərova (50 kq), Ayşən Yusifova (53 kq) və Jalə Əliyeva (62 kq) yerinə yetirməyə çalışacaq.

Yarışın son 3 günündə isə meydan sərbəst güləşçilərin ixtiyarına veriləcək. Böyük məşqçi Rövşən Hacıyev və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Azər Əhmədov (57 kq), İntiqam Vəlizadə (61 kq), Turan Bayramov (65 kq), Elmar Kazımov (70 kq), Nəsib İsayev (74 kq), Abubakr Abakarov (79 kq), Fuad Mailov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əlizadə (97 kq) və İslam Abuyev (125 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakim Tural Əliyev ədaləti qoruyacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest