"Gent"in futbolçusu Arçi Broun karyerasını Türkiyədə davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Fənərbaxça" ingiltərəli sol cinah müdafiəçisini transfer etməyə yaxındır. Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir.

Qeyd edək ki, Arçi Broun2023-cü ilin yayından "Gent"də çıxış edir. 23 yaşlı oyunçu ötən mövsüm Belçika təmsilçisinin heyətində keçirdiyi 46 oyunda 3 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest