"Qarabağ" hücum xəttini yeni futbolçu ilə gücləndirdiyini açıqlayıb. 

Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat paylaşıb. 

Bildirilir ki, "Qarabağ" sol və sağ vinger kimi oynayan Kamilo Duranı heyətinə qatıb. Kolumbiyalı futbolçu həmçinin mərkəz hücumçusu kimi də oynaya bilir. 

23 yaşlı oyunçunun son klubu Portuqaliyanın 2-ci liqasının təmsilçisi "Portimonense" olub. 

Qeyd edək ki, Kamilo Duran karyerası ərzində 39 oyuna çıxaraq 9 qol vurub və 1 qolun ötürməsini edib. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest