"Kimyaçılar" son olaraq Serbiyanın “Radniçki” klubunda çıxış etmiş Aleksa Yankoviç ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı cinah oyunçusu “Sumqayıt”ın heyətində “11” nömrəli formada çıxış edəcək.
2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Matc.az xəbər verir ki, "kimyaçılar" son olaraq Serbiyanın “Radniçki” klubunda çıxış etmiş Aleksa Yankoviç ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı cinah oyunçusu “Sumqayıt”ın heyətində “11” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Serbiya “Partizan”ının yetirməsi olan Aleksa Yankoviç adıçəkilən ölkənin “Vozdovaç”, “Çukariçki”, “Radnikçi” kimi klublarının uğurları üçün çalışıb. Yankoviç Serbiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində də çıxış edib.