16 İyul 2025, 17:10
FUTBOL
"Real"ın müdafiəçisi Fran Qarsiya karyerasını "Milan"da davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Goal.com" məlumat paylaşıb.
Bildirilir ki, İtaliya klubu 25 yaşlı müdafiəçini bir müddət əvvəl Səudiyyə Ərəbistanından "Əl-Hilal"a keçən Teo Hernandezin potensial əvəzləyicisi kimi nəzərdən keçirir. Maraqlıdır ki, Ernandes özü də 2019-cu ildə "Real"dan Milana keçib.
Qeyd edək ki, Qarsiya 2023-cü ilin yayında 5 milyon avroya "Rayo Valyekano"dan Madrid klubuna keçib. İndi onun transfer dəyəri 18 milyon qiymətləndirilir, müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir. Ötən mövsüm müdafiəçi "Real"ın heyətində bütün yarışlarda 54 matçda 1 qol vurub və 5 məhsuldar ötürmə edib.