27 İyun 2026, 14:16
FUTBOL
Madrid "Real"ının yarımmüdafiəçisi Dani Sebalyos müqaviləsinin başa çatmasına 1 il qalmış qarşılıqlı razılıq əsasında klubu tərk edib.
Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
İspaniyalı futbolçu komandanın yeni baş məşqçisi Joze Mourinyonun planlarına daxil olmadığı üçün 2027-ci ilə qədər nəzərdə tutulan sözləşməsini ləğv edib.
Sebalyos 2017-ci ildə "Real"a qoşulub, bura gəldiyi vaxtdan bəri 215 matçda meydana çıxıb və 16 kubok, o cümlədən 3 Çempionlar Liqası titulu qazanıb.













