27 İyun 2026, 12:51
FUTBOL
Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa İspaniya yığmasına məğlubiyyətdən (0:1) sonra reportyorun üzərinə səsini ucaldıb.
Matc.az xəbər verir ki, görüşün 42-ci dəqiqəsində İspaniya millisinin hücumçusu Aleks Baena oyunda yeganə qolu vurub.
Məğlubiyyət nəticəsində Uruqvay H qrupunda 2 xalla üçüncü yeri tutub və dünya çempionatı ilə vidalaşıb.
Oyundan sonra gərgin olan Byelsa, matçdanrakı müsahibə üçün avadanlıqları çox uzun müddətə quraşdıran BBC-nin çəkiliş qrupunu olduqca sərt şəkildə tələsdirib və qışqıraraq deyib: "Daha bəsdir! Tez ol!".













