"Napoli"nin hücumçusu Romelu Lukaku Yeni Zelandiyaya qarşı keçirilən oyundan sonra Belçika millisinin dünya çempionatları tarihindəki ən məhsuldar futbolçusu olub.
Matc.az xəbər verir ki, qrup mərhələsinin III turunun qarşılaşmasında belçikalı forvard komandasının dördüncü qoluna imza ataraq (86-cı dəqiqədə) dünya çempionatlarında vurduğu qolların sayını 6-ya çatdırıb.
Bununla da o, 1990-2002-ci illər aralığında Belçika yığmasının heyətində dünya çempionatlarında 5 qol vurmuş Mark Vilmotsu geridə qoyub.
Xatırladaq ki, Belçika millisi 2026-cı il dünya çempionatının qrup mərhələsinin son turunda Yeni Zelandiyanı 5:1 hesabı ilə darmadağın edərək pley-off mərhələsinə yüksəlib. Matçın ilk iki qolunu vuran "Arsenal"ın belçikalı hücumçusu Leandro Trossard isə günün ən yaxşı oyunçusu seçilib.













