Fransa millisinin baş məşqçisi Didye Deşam anasının vəfatı ilə əlaqədar komandadan ayrıldıqdan sonra yenidən yığmanın düşərgəsinə qayıdıb.

Matc.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Daha əvvəl Deşamın anasının dünyasını dəyişdiyi və mütəxəssisin dəfn mərasimində iştirak etmək, yaxınlarının yanında olmaq üçün yığmanın ABŞ-dəki düşərgəsini tərk etdiyi bildirilirdi. Təcrübəli baş məşqçi bu səbəbdən qrup mərhələsinin III turunda komandasının Norveçə 4:1 hesabı ilə qalib gəldiyi matçı buraxmalı olmuşdu.

Fransa yığması 3 oyundan sonra 9 xal toplayaraq I qrupunu birinci sırada tamamlayıb və 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində İsveç millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatı iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada davam edəcək. Son dünya çempionu, 2022-ci ilin finalında Fransanı penaltilər seriyasında (3:3, pen. 4:2) məğlub edən Argentina yığmasıdır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest