İspaniya Sequndasında 41-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Alkorkon" ev oyununa çıxıb.
Komanda doğma azarkeşləri önündə "Ximnastik"i qəbul edib. Autsayderlər zonasında qərarlaşan "Ximnastik" səfərən 1:0 hesablı qalibiyyətlə dönüb. Eddi zədəli olduğu üçün görüşü buraxıb.
"Alkorkon" aktivindəki 52 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.