İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Matc.az saytının məlumatına görə, ikinci yarış günündə daha 5 güləşçimiz mübarizəyə qoşulacaq.

Yarışın ikinci günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri medal üçün döşək üzərinə çıxacaqlar.

ötən gün həmin çəkilərin püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.

60 kq çəki dərəcəsində yarışacaq Əsgər Əlizadə mübarizəyə 1/8 finaldan start verəcək. Onun ilk rəqibi rumıniyalı Manuel Stoika olacaq.

67 kq-da yarışa Niyaz Ərzumanov təsnifat mərhələsində finlandiyalı Coni Pekka Komppa ilə üz-üzə gələcək.

72 kq çəkidə mübarizə aparacaq ülvi Qənizadə almaniyalı Erik Loserlə qarşılaşacaq.

97 kq-da mübarizə aparacaq Tarış Əbilov da təsnifat mərhələsindən başlayacaq. O, macarıstanlı Aleks Gerqo Şokeni yolundan kənarlaşdırmalı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest