23 Avqust 2025, 14:18
FUTBOL
"Vest Hem"in və Meksika millisinin yarımmüdafiəçisi Edson Alvares karyerasını "Fənərbaxça"da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, icarə müqaviləsi 2026-cı ilin yayına kimi hesablanıb və "sarı-lacivərdlilər" yarımmüdafiəçini almaq hüququna sahib olacaq.
Qeyd edək ki, 27 yaşlı Alvares 2023-cü ildə "Vest Hem"ə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 73 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Alvares millinin heyətində isə 93 oyun keçirib və 7 qol vurub.