Nottingem Forest” baş məşqçi Nunu Eşpiritu Santunu istefaya göndərməyə hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisinin baş məşqçisi postu üçün iki namizəd var. Onlardan biri hazırda “Fənərbaxça”nı çalışdıran Joze Mourinyodur. Digəri isə ötən mövsüm “Tottenhem”i Avropa Liqasının qalibi edən, hazırda işsiz olan Anje Postekoqludur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest