Ülvi Qənizadə startda Almaniya idmançısını üstələyib. Ötən il analoji yarışın baş mükafatına yiyələnən güləşçimiz növbəti qarşılaşmada Finlandiya idmançısını vaxtından əvvəl məyus edib. Ancaq 1/4 finalda Rusiya güləşçisiylə bacarmayıb.
İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Matc.az saytının məlumatına görə, yarışın ikinci günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.
60 kq çəkidə yarışan Əsgər Əlizadə qitə birinciliyinə inamlı qələbəylə start verib. Güləşçimiz ilk qarşılaşmada Rumıniya idmançısını elə ilk hissədə məğlub edib. Növbəti görüşdə Rusiyanı təmsil edən həmyerlimizə qalib gələn Əsgər yarımfinala yüksəlib. Əlizadə bolqar rəqibini isə "tuşe" ilə yenərək adını finala yazdıran ilk güləşçimiz olub. Yığmamızın üzvü iyunun 5-də final qarşılaşmasını keçirib və gürcü rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.
Niyaz Ərzumanov ilk görüşdə Finlandiya təmsilçisinə qalib gəlib. Ancaq daha sonra Macarıstan güləşçisinə məğlub olub.
ülvi Qənizadə startda Almaniya idmançısını üstələyib. ötən il analoji yarışın baş mükafatına yiyələnən güləşçimiz növbəti qarşılaşmada Finlandiya idmançısını vaxtından əvvəl məyus edib. Ancaq 1/4 finalda Rusiya güləşçisiylə bacarmayıb.
Tarış Əbilov debütdə macar rəqibinə müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün Əbilov iyunun 5-də təsəlliverici görüşə çıxıb və Türkiyə güləşçisinə uduzub.