04 Sentyabr 2025, 10:37
FUTBOL
Serjiu Konseysau "Fənərbaxça"nın baş məşqçisi təyin oluna bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhəngi portuqaliyalı mütəxəssisə 2 illik müqavilə təklif edib. 50 yaşlı məşqçi Türkiyədə çalışmağa isti yanaşır.
Qeyd edək ki, Serjiu Konseysaunun son klubu "Milan" olub.