"Fənərbaxça"nın UEFA Avropa Liqasının Liqa mərhələsi üçün heyəti müəyyənləşib.

Matc.az xəbər verir ki, İstanbul nəhəngi UEFA-ya göndərdiyi siyahıya 23 futbolçunun adı daxil edilib.

Türkiyə klubu kapitan Mert Hakan Yandaşı Avroliqa heyətindən kənarda saxlayıb. 31 yaşlı futbolçu yalnız ölkədaxili yarışlarda komandaya kömək edəcək.

Qeyd edək ki, "Fənərbaxça" Avropa Liqasında "Aston Villa", "Dinamo" (Zaqreb), "Nitsa", "Ştutqart", "Viktoriya", "Ferentsvaroş", "Brann" və FKSB ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest