"Beşiktaş" "Real"ın müdafiəçisi Raul Asensionu transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi ispaniyalı futbolçunu icarəyə götürməyə çalışır. "Beşiktaş" "kral klubu"nu razı salmaq üçün 22 yaşlı mərkəz müdafiəçisinin müqaviləsinə oynamaq zəmanəti maddəsini də əlavə etmək istəyir.

Qeyd edək ki, Raul Asensio ötən mövsüm "Real"ın heyətində keçirdiyi 56 oyunda 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest