"Qarabağ"ın futbolçusu Kadi Borges Macarıstan mətbuatına açıqlama verib.
Matc.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Ferentsvaroş"la oyunlarını dəyərləndirib. Kadi həm matçlar haqda danışıb, həm də sabiq klubundan ayrılıq prosesini şərh edib:
Final fitindən sonra böyük bir şənlik oldu. Ailəm, azarkeşlər, klubun işçiləri və biz oyunçular uzun müddətdir ki, yenidən ÇL-in ən yaxşıları arasında olmaq üçün gözləyirdik. Əlbəttə ki, özümü xoşbəxt hiss edirəm. "Ferentsvaroş"da olarkən hamı ilə yaxşı anlaşırdım. Amma klubdan ayrılıq prosesim yaxşı olmadı. Düşünürəm ki, hörmət hər şeydən üstün olmalıdır. Orada belə deyildi. İlk görüşdə müsbət nəticə əldə etdiyimiz üçün cavab oyunu daha çoç onların üstünlüyü ilə keçdi. Rəqib uzun toplardan sonra qollar vurdu. Biz oyuna nəzarəti bir az itirdik. Amma Allaha şükür, sonda hər şey yaxşı oldu. "Qarabağ”ın kimlə oynamasından asılı olmayaraq, öz oyunumuzu göstərməyə çalışırıq. Özümüzdən maksimum yararlanmağın vaxtıdır. Dünyanın ən yaxşıları Çempionlar Liqasında toplaşır. Biz öz bacarığımızı göstərməliyik, yaxşı oynamağa çalışmalıyıq".