Taekvondo üzrə Azərbaycan millisi İtaliyada keçiriləcək Qran-Pri turnirinə yollanıb. Matc.az saytı xəbər verir ki, sabah Romada start veriləcək yarışda komandamız 3 idmançı ilə təmsil olunacaq.

İyunun 9-dək baş tutacaq Qran-Pri turniri davamlı olaraq Yaponiya, Bolqarıstan və Rusiyada təşkil ediləcək.

G4 dərəcəli beynəlxalq yarışlarında baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun sərəncamında olan idmançılardan 58 kq çəki dərəcəsində Qaşım Maqomedov, Ramin Əzizov (-87 kq) və Fəridə Əzizova (67 kq) mübarizəyə qatılacaq.

Qeyd edək ki, turnirin qalibi reytinq xallarını 40 xal artırmış olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest