"Atletiko" UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunun "Liverpul"la matçına ciddi itki ilə çıxacaq.

Matc.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb.

Madrid təmsilçisinin liderlərindən olan Xulian Alvares zədəlidir. Argentinalı hücumçu komanda ilə birlikdə İngiltərəyə aparılmayıb.

Qeyd edək ki, "Liverpul" - "Atletiko" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest