"Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turu çərçivəsində səfərdə "Ayntraxt"ın qonağı olacaq.

Matc.az xəbər verir ki, rəhbərlik komandaya yüksək məbləğdə mükafat vəd edib. Bu barədə "Milleyet" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" qələbə olacağı halda futbolçulara ümumilikdə 1 milyon avro mükafat verəcək. Heç-heçənin dəyəri isə 700 min avro olacaq.

Qeyd edək ki, "Ayntraxt" - "Qalatasaray" qarşılaşması sentyabrın 18-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest