16 Sentyabr 2025, 17:10
ÇEMPİONLAR LİQASI
"Real"ın futbolçusu Cud Bellingem zədəsini sağaldıb.
Matc.az xəbər verir ki, ingiltərəli hücumameyilli yarımmüdafiəçi artıq komanda ilə birlikdə məşqlərdə iştirak edir.
22 yaşlı oyunçu Çempionlar Liqası Liqa mərhələsinin "Marsel"lə matçında iştirak edə bilər. Qarşılaşma bu gecə Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Qeyd edək ki, Cud Bellingem çiynində olan zədəyə görə əməliyyat olunmuşdu.