"Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunun "Ayntraxt"la matçına ciddi itki ilə çıxa bilər.

Matc.az xəbər verir ki, bu barədə "HT Spor" məlumat yayıb.

İstanbul təmsilçisinin hücumçusu Viktor Osimhen Almaniyadakı matçı buraxa bilər. Xəbərdə nigeriyalı forvardın komanda ilə birlikdə Frankfurta aparılmayacağı bildirilir.  26 yaşlı futbolçu Nigeriya milli komandasının heyətində zədələnib.

Qeyd edək ki, "Ayntraxt" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest