17 Sentyabr 2025, 14:57
FUTBOL
UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunun "Marsel"lə matçında (2:1) zədələnən Trent Aleksandr-Arnoldun durumuna aydınlıq gəlib.
Matc.az xəbər verir ki, "Real"ın müdafiəçisi sol ayaq əzələsindən zədə alıb. Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İngiltərə millisinin üzvü təxminən 6-8 həftə yaşil meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Trent Aleksandr-Arnold bu ilin yayında "Liverpul"dan ayrıldıqdan sonra "Real"a keçib. 26 yaşlı sağ cinah müdafiəçisi "kral klubu"nun heyətində keçirdiyi 10 oyunda 2 qol ötürməsi ilə yadda qalıb.