"İmişli" ilə matçda azarkeşləri kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə "Sumqayıt" klubu 5000 manat cərimələnib.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının IV turunda baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.

"İmişli" ilə matçda azarkeşləri kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə "Sumqayıt" klubu 5000 manat cərimələnib.

"Şamaxı" - "Karvan-Yevlax" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat məbləğində cərimə edilib.

"Sabah"la matçın 45+2-ci dəqiqəsində "Neftçi" azarkeşləri meydançaya kənar əşyalar atdığına və bu hal mövsümdə ikinci dəfə yaşandığına görə klub 3000 manat ziyana düşüb. "Ağ-qaralar"ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub daha 5000 manat da cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest