PSJ-nin yarımmüdafiəçisi Joau Neves Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Atalanta"ya 4:0 hesabı ilə qalib gəldikləri oyunda sol bud nahiyəsindən zədə alıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat məlumat yayıb.

Portuqaliyalı futbolçu gələn həftəyə qədər müalicə alacaq. Buna görə də, Fransa çempionatının 5-ci turunda "Marsel"ə qarşı oyunu buraxmalı olacaq.

Bundan əvvəl, beynəlxalq fasilə zamanı PSJ-nin hücumçuları Usman Dembele və Desir Due də zədələnmişdi.

Qeyd edək ki, Neves bu mövsüm bütün turnirlərdə 11 matçda meydana çıxıb, 5 qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 80 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest