Azərbaycan millisi FIFA reytinqində daha iki pillə geriləyib.

Matc.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, yığmamız dünya çempionatının seçmə mərhələsində bir heç-heçə və bir məğlubiyyətdən sonra aktivinə 0,09 xal yazdıra bilib.

Bu nəticədən sonra, ümumilikdə 1148,09 xalla sahib olan millimiz iki pillə geriləyərək 124-cü sırada qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest