"Komo"nun futbolçusu Niko Pas İspaniyaya qayıdacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Real" argentinalı hücumameyilli yarımmüdafiəçini heyətinə qatacaq. "Kral klubu" 10 milyon avroluq geri satınalma bəndini işə salacaq.

Qeyd edək ki, "Komo" Niko Pası ötən ilin yayında "Real"dan 6 milyon avroya transfer etmişdi. Argentina millisinin üzvü olan oyunçu bu mövsüm A Seriyası təmsilçisinin heyətində keçirdiyi 4 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest