"Atletiko"nun tezliklə yeni sahibi ola bilər.

Matc.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, Madrid klubunu Amerikanın "Apollo Global Management" investisiya şirkəti ala bilər. Onlar ümumi dəyəri 2,5 milyard avro təşkil edən klubun səhmlərinin 50%-dən çoxunu almağı planlaşdırır.

"Apollo Global Management" klubun səhmlərinin bir hissəsini dörd əsas səhmdarından almaq niyyətindədir. Şirkət əlavə kapital buraxmağı da planlaşdırır.

Əgər "Apollo Global Management" kluba nəzarəti ələ keçirsə, klubun idarəetmə strukturunda ciddi dəyişiklik etməyi planlaşdırmır. Enrike Serezo prezident, Migel Anxel Gil Marin isə baş direktor vəzifəsində qalacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest