"Bayer"in və Braziliya millisinin sabiq futbolçusu Renato Auqusto 37 yaşında karyerasını bitirdiyini açıqlayıb.

Matc.az xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat yayıb.

Yarımmüdafiəçinin son klubu 2021-ci ildən çıxış etdiyi "Fluminense" olub. Auqusto həmçinin "Korintians", "Beijing Quoan" və "Flamenqo"da da çıxış edib.

O, həmçinin Braziliya millisinin heyətində 33 oyun keçirib, 6 qol vurub.

2006 və 2015-ci illərdə Auqusto Braziliya çempionatının və "Qızıl top"un qalibi olub.

2016-cı ildə isə o, Rioda qızıl medal qazanan Olimpiya komandasının heyətində olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest