UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turunun oyunları keçirilir.

Matc.az xəbər verir ki, "Qarabağ"ın rəqiblərindən olan "Napoli" səfərdə "Mançester Siti"nin qonağı olub. Qarşılaşma İngiltərə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ"ın "Napoli" ilə oyunu 26 noyabr tarixində İtaliyada baş tutacaq.

"Mançester Siti" - "Napoli" 2:0
Qollar:
Erlinq Haaland, 56, Ceremi Doku, 65
Qırmızı vərəqə: Covanni Di Lorentso, 21

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest