19 Sentyabr 2025, 14:36
TOP OYUNLARI
“Lənkəran” daha bir legioneri heyətinə qatıb.
Matc.az xəbər verir ki, cənub təmsilçisi Qabon millisinin üzvü Antoni Tseqakele ilə güclənib.
25 yaşlı basketbolçunun həm də Kanada vətəndaşlığı var. O, 196 sm boya malikdir və hücumçudur. Antoni buna qədər Fransa Pro A Liqasında “Roanne”, Tanzaniyada “Pazi” və Kanadada “Saskatçevan Reytls” klublarının şərəfini qoruyub.
Qeyd edək ki, “Lənkəran” buna qədər Aydın İbrahimov, Azər Əzimov, Ehsan Şabani, Pərviz Mirzəyev, Hüseyin Əsgərli, Raşed Diso,Teron Montqomeri, Nmeso Nnebedum və Akit Çoudharinin transferini həyata keçirib.