"Real" "Tottenhem"in müdafiəçisi Miki van de Veni transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Tottenhem" niderlandlı futbolçunun qiymətini müəyyənləşdirib. London klubu 24 yaşlı mərkəz müdafiəçisini 70 milyon funt-sterlinqdən aşağı məbləğə satmağı düşünmür.

Qeyd edək ki, Miki van de Ven bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 6 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest